Xidmətlərimiz / Çap üçün materiallar

Banner

Banner parçaları poliester sapla emal edilmiş vinil kətanlardır. Parçanın sıxlığından asılı olaraq aplikasiyanı bir və ya hər iki üzə çap etmək olurİstehsal texnologiyası və istifadə ediləcək əlavələrdən asılı olaraq bannerin keyfiyyəti və uyğun olaraq da, qiyməti dəyişir. Eyni zamanda, etibarlılığına görə çaplı və ya çapsız bannerdən çadır, səhnə dekoru və stendlərin hazırlanmasında istifadə olunur.

Blockout

İllüstrasiya materialın hər iki tərəfində çap edilir, amma bir tərəfdən o biri tərəfdəki çap görünmür. 

Frontlit

İsllüstrasiya bir tərəfdə çap edilir. Bilbord çapı üçün yarayır.

Backlit

Ötürücülük qabiliyyəti 20-25% təşkil etdiyi üçün əsasən işıqlı qutuların istehsalı üçün istifadə edilən bu material küçə və məkanların tərtibatına xüsusilə yarayır.

Backlit film

Yüksək sıxlığa malik qalın poliester filmin yüksək səviyyəli mürəkkəbi qəbul etmək üçün xüsusi örtüyü var. Tünd rənglərin saturasiyası və ziddiyyət çərçivələrini idealcasına ötürür.

Artist Canvas

Bədii kətanın teksturası təəssüratını yaradan bu material uzun müddətli istifadə üçün nəzərdə tutulub. Dekorativ illüstrasiyalar, rəsmlər və reproduksiyalar üçün nəzərdə tutulub.

Flag – yüksək dayanıqlığa malik material, əslində, cırılmayan materiyadır. Mat örtüyü əla çap və ideal rəng ötürücülüyünü təmin edir.

Özüyapışan vinil plyonka

Bir tərəfi yapışqan, digəri isə ən yüksək səviyyəli çapı yerləşdirməyə imkan verən plastik plyonka. Bu keyfiyyətlərinə görə özüyapışan vinil ictimai nəqliyyat üzərində reklamda əvəssiz hesab edilir.

Mesh – tikinti toru.

Nəhəng ölçülərdə çap üçün ideal yarayan etibarlı material. Binanın fasadını örtməyə qulluq edir, amma eyni zamanda da, binanın üzərinə işıq keçiriciliyi var. 

One way Vision

Yüksək işıq ötürücülüyünə malik özüyapışan deşikli vinil plyonka. Əsasən şüşə və digər şəffaf müştəvilərə reklam yerləşdirmək üçün istifadə olunur.

Fotooboylar

Fotooboy çapı üçün müxtəlif materiallar istifadə edilir. Misal üçün,  kağız və ya tekstil. Onların da, öz növbəsində, suvaq, kətan, qum və ya ipək əsası olur.

Sərt materiallarda çap

İndi sərt materiallarda da çap etmək imkanımız var. Bu isə o deməkdir ki, yüzlərcə POS-material, plastikdən konstruksiya və stendlər, dükanların və vitrinlərin tərtibatını daha keyfiyyətli və fərqli etmək imkanımız var.  Çap, yapışan plyonkaya ötürülmədən, birbaşa daşıyıcıya edilir. Məşhur Avropa istehsalçılarından olan yeni avadanlığımız və materiallar sayəsində 1200 dpi keyfiyyətli çapın öhdəsindən gələ bilirik. Konstruksiyanın xammalı üzərinə və ya hazır konstruksiyanın öz üzərində çap etmək iqtidarındayıq. Proses daha az vaxt aparır.

Sərt materiallar üçün çap avadanlığı

Swiss Q print Imapla

Tətbiq sahəsi Çap keyfiyyəti, dpi Çap sahəsinin ölçüsü Materialın maksimal qalınlığı Materialın maksimal ağırlığı Çap daşıyıcıları Mürəkkəbin növü Çap edilmiş rəsmin xidmət dövrü
Çap avadanlığı 1200 2,5 х 4,0 50 mm 400 kq penokarton, akril şüşə, taxta, metal, şüşə və digər sərt materiallar Ultrafiolet 10 ilə qədər

*Ağ rəngdə çap etmək imkanı.

Çap üçün materiallar

  • Akril şüşə
  • Penakarton
  • Penostirol
  • Polikarbonat
  • kompozit materiallar
  • tavan panelləri
  • taxta
  • metal

Çap vaxtı eko-solvent, solvent və ultra-bənövşəyi əsaslı pigment boya texnologiyaları istifadə edirik. Ultra-bənövşəyi texnologiyanın bazarımızda yenilik olduğunu nəzərə alaraq daha ətraflı məlumat vermək istərdik.

Ultra-bənövşəyi boyadan plastik və sərt materiallarda çap zamanı xüsusilə istifadə edilir. Ultra-bənövşəyi mürəkkəb tez quruyur və kəskin temperatur dəyişkənliyi, yağıntı kimi təbii amillərə qarşı daha dözümlüdür. Bu, hazırlanan məhsulların keyfiyyətini yaxşılaşdırmağa və çeşidi genişləndirməyə imkan verir. Ultra-bənövşəyi çap texnologiyası asanlıqla tamrəngli 1200 dpi-dək keyfiyyətdə illüstrasiyaları istənilən materiala ötürməyə imkan verir. Metal, taxta, keramika, plyonka, parça, banner, şüşə, kağız, linoleum, plastik – bu və bir çox digər materiallar ultra-bənövşəyi çap üçün əsas daşıyıcı qismində seçilə bilər. Eyni zamanda bu çapın nahamar və qabarıq müstəvilərə də ötürülməsi mümkündür. Bizim üçün ultra-bənövşəyi çap texnologiyasının əsas üstünlüklərindən biri odur ki, o ekoloji cəhətdən zərərsizdir və ətraf mühitə ziyan vurmur.

Kəsən plotter Zund G3 Xl-3200

Qeyd İş ərazisinin ölçüsü Emal edilən materialın maksimal çəkisi Emal edilən materialın maksimal qalınlığı V-Cut Emal edilə bilən materiallar
Kəsmə, cızıqların atılması, qat yerinin nişan edilməsi, frezerləmə və digər əməliyyatlar 3295х4112 46 50 mm-dək  15°-dən 45°-dək plastik, tekstil, plyonka, qofrokarton, dibond, alüminium, ПВХ, penokarton, akril şüşə, taxta və buna oxşar materiallar

Kəsən plotter, reklam məqsədləri üçün istifadə edilən, rulon və list formasında istənilən materialı emal etməyə imkan verir. Bütün növ kartonlar – plakatdan qofrokartona kimi, sendviç-panellər, plastiklər, özüyapışan plyonka, tekstil, organik şüşə, kompozit materiallar, polistirol, alüminium laylar, penokarton və s., bir sözlə, demək olar ki, istənilən materialın öhdəsindən gələ bilərik.

Hidroobraziv Hydrajet kəsim

Tətbiq sahəsi İş ərazisinin ölçüsü Emal edilən materialın maksimal qalınlığı Emal edilə bilən materiallar
Kəsim 3000х2000 100 mm-dək titan, daş, alüminium, mis, paslanmayan polad, şüşə, organik şüşə, qrafit və s.

Su cərəyanlı kəsim

Proses yüksək təzyiqli su axınının enerjisi hesabına əldə olunan aqressiv eroziyaya əsaslanır.

Termoformovka

Bu texnoloji proses plastikdən düzəldilən mürəkkəb məmulatların istehsalı zamanı tətbiq edilir. Termoformovkadan küçə və daxili reklamların istehsalında, sərgi tərtibatında, böyük hərflərin hazırlanmasında istifadə edilir. Termoformovka individual məhsulların hazırlanmasına yönəli bir işdir. Bu yolla düzəldilən reklamlar orijinal icrasına görə diqqətdən kənar qalmır.

Fərdi neon seximizin olması, bizə neon komponentləri olan istənilən reklam konstruksiyalarının istehsalı və servisi ilə bağlı operativ şəkildə və ən yüksək peşəkarlıqla xidmət göstərməyə imkan verir.

Neon lövhə

Solğun reklam lövhələrinin fonunda, neon işıqla tərtib edilmiş reklam lövhəsi daha gözəgəlimli görünür. Neon həcmli hərflərin işıqlandırılmasında, mürəkkən animasiya effektli neon lövhələrin yaradılmasında əvəzedilməzdir.


printerçap versiyası